Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
BUTA.TV xəbər verir ki, səfər çərçivəsində ölkə rəhbərliyi və parlament nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır. Xüsusilə, son aylarda AZAL təyyarəsinin Rusiya tərəfindən vurulması fonunda iki ölkə arasında yaranmış diplomatik gərginlik diqqət mərkəzində olub. Lakin son dövrlərdə Moskvanın münasibətlərin normallaşmasına çalışdığı və təşəbbüsü öz üzərinə götürdüyü müşahidə edilir.
Analitiklər hesab edirlər ki, Prezident Vladimir Putinə yaxın Matviyenkonun Bakıya səfəri Moskvanın münasibətlərin istiləşməsində maraqlı olduğunu göstərir.
Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakı görüşlərində siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi, enerji əməkdaşlığı və regional təhlükəsizlik məsələlərinin əsas mövzulardan biri olacağı gözlənilir.
Səfərin nəticələrinin iki ölkə arasındakı münasibətlərə hansı təsirləri göstərəcəyi yaxın günlərdə daha da aydın olacaq.
- Dünyanın ilk trilyonçusu oldu
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video