Ermənistana təbii qazın nəqli müvəqqəti dayandırılacaq.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.
“Şimali Qafqaz – Zaqafqaziya” tranzit qaz kəmərinin “Qazax-Saquramo” (DN 1000) hissəsində qəzalı vəziyyətin yarandığı, problemin aradan qaldırılması üçün təmir işlərinin aparıldığı bildirilir. Bu səbəbdən martın 18-də səhər saat 09:00-dan axşam 18:00-dək Ermənistana təbii qazın verilməsi dayandırılacaq.
Məlumata görə, həmin müddətdə ölkəyə qaz təchizatı daxili ehtiyatlar və İrandan tədarük olunan əlavə həcmdə təbii qaz hesabına həyata keçiriləcək.
Qeyd edək ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan və bir sıra hökumət rəsmiləri ölkənin qaz təminatı ilə bağlı İran və Rusiyadan asılılığın azaldılması məqsədi ilə gələcəkdə Azərbaycandan qaz alına biləcəyini açıqlayıblar. Hətta Rusiyadan qazın verilişi zamanı bir sıra problemlərin yarandığı və Azərbaycanla münasibətlər normallaşdıqdan sonra bu istiqamətdə çətinliyin aradan qaldırılması üçün enerji sahəsi üzrə əməkdaşlığın mümkün olduğu bildirilib.
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi