Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilmişdir.
17 mart 2025-ci ildə sosial şəbəkələrin xarici seqmentində Azərbaycan Respublikasının dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılmışdır.
Faktla əlaqədar, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılmış, aparılmış ilkin araşdırmalar nəticəsində yayımlanmış videokadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilmişdir.
Müəyyənləşdirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparmış və qanunla yayılması qadağan olunan bu videomaterialı 15 mart 2025-ci ildə özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsində paylaşmışdır. Bundan sonra, həmin videogörüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilməklə, həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunmuşdur.
“Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunmuş, həmin videogörüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülmüşdür.
Bir daha bildirilir ki, Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlərin görülməsi təmin ediləcəkdir.
- Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident
- Liderlər akvariumdakı balıqları seyr etdi - Video
- 1276-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu
- Zəngəzurla bağlı mühüm layihəsinin təməli atıldı
- Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?