Ruben Vardanyan Qarabağa getməzdən əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmüşdü. Onlar baş nazirin kabinetində bir araya gəliblər, hətta Paşinyan Vardanyana uğurlar arzulayıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.
Onun sözlərinə görə, Paşinyan Vardanyanın Qarabağa səfərini və oradakı fəaliyyətini dəstəkləyib:
“Hətta bərabər qədəh qaldırıblar, baş nazir Vardanyanın şərəfinə tost deyib. İndi isə onun barəsində başqa fikirlər səsləndirir. Əslində bu belə Nikol Paşinyanın nə qədər təhlükəli biri olduğunu göstərir. Vardanyan erməni ictimaiyyəti üçün ciddi fiqurdur”.
Qeyd edək ki, Nikol Paşinyanın ötən ilin avqust ayında keçirdiyi mətbuat konfransı zamanı Ruben Vardanyanla bağlı açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb. O, Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsinə diqqət şəkib və onun Qarabağa birbaşa Moskvanın tapşırığı ilə getdiyi mesajını verib. Baş nazir Vardanyanın Qarabağa gedişinin bir çox suallar doğurduğunu və məsələnin şəxsinə bağlı olmadığını bildirib.
Xatırladaq ki, Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan ermənilərin Bakıda keçirilən məhkəmə prosesi davam edir.
- Dünyanın ilk trilyonçusu oldu
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video