Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddia edilir.
“BUTA TV” xəbər verir ki, bu barədə “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyev paylaşım edib. O bildirib ki, xəstəxananın aptek bölməsinin əməkdaşı İ.Hacıyeva (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib.
M.Mehdiyev həkimlərin qrupundakı yazışmaları da paylaşıb və iddiaların reallığa söykəndiyini söyləyib.
Qeyd edilib ki, yazışmanın kənara çıxmasından sonra İ.Hacıyevanın göstərişi ilə vatsap qrupu bağlanıb: “Bəzi məlumatlara görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında ötən il 23 nəfər dünyasını dəyişib. Deyilənə görə, bu, rekord göstəricidir. Hazırda Qusar Rayon Prokurorluğunda xəstəxanadan edilən bəzi müraciətlər əsasında araşdırmalar aparılır. Ümid edirik ki, bu vatsap yazışması da ciddi şəkildə yoxlanılacaq və həqiqət üzə çıxacaq”.
“Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda Qusar Rayon Prokurorluğunda həmin məsələ ilə yanaşı, xəstəxana barəsində bir neçə digər vətəndaşın şikayəti də araşdırılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan yazışmalara dair araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.
- Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident
- Liderlər akvariumdakı balıqları seyr etdi - Video
- 1276-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu
- Zəngəzurla bağlı mühüm layihəsinin təməli atıldı
- Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?