Ötən ilin noyabrında Astarada altı uşaq atası olan 44 yaşlı Nazim Baxşiyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxsə hökm oxunub.
BUTA TV "Qafqazinfo"ya istinadla xəbər verir ki, Astara Rayon Məhkəməsinin hökmünə əsasən, yük maşını ilə ağır qəza törətmiş 37 yaşlı Peyman Ruşanova üç il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinən sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkməsi və bundan sonra bir il altı ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılması da hökmdə qeyd edilib.
Qeyd edək ki, Nazim Baxşiyev altı uşaq atası olub. Fəhləlik edərək ailəsini dolandıran Nazimin həyat yoldaşı dörd il bundan əvvəl xəstəlik səbəbindən vəfat edib. Məktəbli və azyaşlı uşaqlarına isə N.Baxşiyev özü tək baxırmış.
Məhkəmədə N.Baxşiyevin böyük oğlu onun hüquqi varisi kimi tanınıb. Mərhumun oğlu sürücüdən şikayətçi olmadığını, onunla barışdığını bildirib.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı