Ermənistanın Qafqaz İnstitutu azərbaycanlı, gürcü və erməni ekspertlərin iştirakı ilə “Yaxınlaşan fırtınası: Qlobal dünya nizamının böhranı kontekstində Cənubi Qafqazın regional təhlükəsizliyi” adlı beynəlxalq konfrans təşkil edib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediasının yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, konfransın məqsədi Ukrayna müharibəsinin, Yaxın Şərqdəki böhranın və digər regional və qlobal dəyişikliklərin Cənubi Qafqaz ölkələrinin siyasətinə, təhlükəsizliyinə, iqtisadi cəmiyyətinə, eləcə də beynəlxalq oyunçuların regiona cəlb olunmasına təsirini təhlil etməkdir.
Konfransda həm Cənubi Qafqaz ölkələrinə təsir edən çağırışlar və təhdidlər, həm də mümkün həll yolları, əməkdaşlıq variantları və sülh perspektivləri müzakirə olunacaq.
Məlumatda xüsusi vurğulanmasa da, konfransın İrəvanda təşkil edildiyi aydındır. Hansı azərbaycanlı ekspertlərin bu tədbirdə iştirak etdiyinə aydınlıq gətirilməyib.
- Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır