Xalq artisti Səkinə İsmayılova açıqlaması ilə diqqət çəkib.
BUTA.TV "Olay"a istinadla xəbər verir ki, sənətçi bugünkü gənclərdən danışıb:
"Xanım xanım kimi olmalıdır, yerini bilməlidir. Danışığını, davranışını, böyük-kiçik yeri bilməlidir. Dinləməyin özü ən böyük mədəniyyətdir. Bugünkü gənclərin çoxu bunu bilmir. İllərdir dərsdən əvvəl bu mövzularda danışmışam ki, böyüyə, sənətkarlara hörmət etmək lazımdır. Onları görəndə qabağa keçib salam verməlisiniz. Yəni həddinizi bilməlisiniz. Vaxtım olanda efirlərə baxıram. Görürsən ki, böyük oturub, öz ustadının yanında ayağını aşırıb ayağının üstünə. Baxıram və düşünürəm ki, bu necə ola bilər? Ailədə valideyninə necə hörmət edirsənsə, ustadına da elə etməlisən. Ana-ata övladı dünyaya gətirir, amma ustadı onu göylərə qaldırır. Bu, bir filosofun sözüdür, özümdən demirəm. Ustad ondan vətənə yararlı vətəndaş yetişdiməyə çalışır. Bizim gözəl mədəniyyətimiz var. Mən sevinirəm ki, mənim müəllimim Rəşid Behbudov olub. O deyirdi ki, biz hansı ölkəyə gediriksə, öz ölkəmizin simasıyıq. Səhnə də bunu istəyir. Mən ustadlarımdan nə görmüşəmsə, onları da tələbələrimə öyrədim. Daşıdığınız muğam bunu tələb edir. Sən geyiminə diqqət etməli, davranışına fikir verməlisən. Muğama başqa cür yanaşmaq olmaz".
- Bakı ilə Ankaranın müqavimət gücünü artırması... - Gülər
- Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü
- "Müdafiə haqqında” qanuna dəyişiklik təklif edilir
- Bakının axtardığı milyarderi Ermənistan saxladı – Samvel kimdir?
- Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?
- Solovyovun iddialarına Bakıdan sərt cavab
- Bayramovla Lavrov danışdı:İsrail-İran qarşıdurması...
- İlham Əliyev sabah Türkiyəyə gedəcək