Binəqədi bələdiyyəsinin sədrinin köməkçisi tanış olduğu qadına qarşı dələduzluq etməkdə təqsirləndirilir. İş üzrə bələdiyyənin hüquq şöbəsinin müdiri də dindirilib.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs 22 yaşlı Pərvindir. Məlumata görə, Pərvin sosial şəbəkədə Leyla adlı xanımla tanış olub. Onlar arasında sevgi münasibətləri yaranıb və bir müddət birlikdə yaşayıblar.
Zərərçəkmiş Leyla iddia edib ki, Pərvin onun etibarından istifadə edərək 34 min manat pulunu ələ keçirib.
Məlumata görə, Pərvin Leylaya həm anasının məzar daşını düzəltdirəcəyini, həm də onu Binəqədi bələdiyyəsində işə düzəldəcəyini vəd edib. Amma onu aldadaraq, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmayıb.
“Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
Pərvin Leylaya bələdiyyədə aylıq 500 manatlıq iş vəd edib. Hətta ona bir aylıq 250 manat da maaş adı ilə ödəniş edib. O da məlum olub ki, Pərvin bələdiyyənin hüquq şöbəsinin müdiri olan dostu Eldarın məzar daşları istehsal edən sexinin olduğunu, onun vasitəsilə Leylanın anasının məzar daşını düzəltdirəcəyini deyib.
Şöbə müdiri məhkəmədə dindirilən zaman sexinin olmadığını bildirib.
Leylanın ifadəsindən məlum olub ki, Pərvin özünü DTX əməkdaşı kimi təqdim edib, general dayısının olması barədə yalan məlumat verib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, tərəflər arasında barışıq əldə edilib. Dəymiş zərər ödənilib.
Məhkəmə bunu nəzərə alaraq Pərvin barəsində 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
- Liderlər akvariumdakı balıqları seyr etdi - Video
- 1276-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu
- Zəngəzurla bağlı mühüm layihəsinin təməli atıldı
- Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
- Qriqoryan Bakı ilə razlaşmalar barədə Şoyquya məlumat verdi