Azərbaycan müharibəni vaxtında dayandırdı, ancaq öz siyasətindən bir addım da geri atmadı.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında danışıb.
Dövlət başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarılıb:
"Ağdamla bərabər, Laçın və Kəlbəcər rayonları da. Biz onsuz da bu torpaqları azad edəcəkdik, ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı. Biz ona görə müharibəni vaxtında dayandırdıq, ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Ondan üç il sonra tam nəzarəti ələ götürdük, suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bu gün separatizmin kökü kəsildi".
Prezident vurğulayıb ki, burada insanlar rahat, heç kimdən qorxmadan, ləyaqətlə yaşayacaqlar:
"Əminəm ki, xoşbəxt yaşayacaqlar. Çünki artıq həm torpaqlar geri qaytarıldı, eyni zamanda, xalqımızın milli ləyaqəti bərpa edildi. Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da bizə qaytarılmasın. Onun arxasında duran xarici qüvvələr də onlarla həmrəy idi, əlbir idi. Amma onlar bir şeyi nəzərə almamışdılar, o da Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və Ordumuzun qəhrəmanlığıdır".
- Bakının axtardığı milyarderi Ermənistan saxladı – Samvel kimdir?
- Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?
- Solovyovun iddialarına Bakıdan sərt cavab
- Bayramovla Lavrov danışdı:İsrail-İran qarşıdurması...
- İlham Əliyev sabah Türkiyəyə gedəcək
- İran 4 ölkə ilə “Böyük islam ordusu” yaradır?
- Guya Bakı və Təl-Əviv razılaşıb: bu feykin məqsədi...
- İsrail Ərdəbili “vurdu”, İran kanalları isə Bakını... - Video