Son illərdə dünyada sürətlə inkişaf edən texnologiyalar arasında peyk interneti xüsusi yer tutur. Məhz bu sahədə inqilabi addımlar atan "SpaceX" şirkətinin "Starlink" layihəsi artıq Azərbaycan üçün də aktiv edilib. Bu, ölkəmizdə internet istifadəçiləri üçün yeni imkanlar vəd edir.
BUTA.TV-ın verdiyi məlumata görə, bu barədə xidmətin portalında məlumat verilib.
"Starlink" xidməti ABŞ-li məşhur milyarder və novator İlon Maska məxsus "SpaceX" şirkəti tərəfindən həyata keçirilir. Şirkət tərəfindən orbitə buraxılan minlərlə peyk vasitəsilə dünyanın istənilən nöqtəsinə yüksək sürətli internet çıxışı təmin edilir. 2022-ci ilin dekabr ayında "SpaceX" Bakıda "Starlink Azerbaijan" MMC adlı şirkət qeydiyyatdan keçirərək, ölkəmizdə fəaliyyətə başlayıb.
Azərbaycanlı istifadəçilər "Starlink" xidmətindən yararlanmaq üçün müəyyən şərtləri yerinə yetirməlidirlər. İlk növbədə 670 manata "Starlink Standart Kit" əldə etmək lazımdır. Daha sonra 50 manat çatdırılma ödənişi və 100 manat aylıq abunəlik haqqı ödənilməlidir.
- Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır