Türkiyənin xarici işlər naziri Hakan Fidan Parisə rəsmi səfəri çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barrotla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyət” məlumat yayıb.
Bildirilib ki, nazirlərin görüşü zamanı bir çox məsələlərlə yanaşı, Qafqazda sülh və sabitliyin bərqərar edilməsi ilə bağlı müzakirələr aparılıb.
Görüşdə həmçinin ikitərəfli və regional məsələlər ətraflı müzakirə olunub.
Avropanın yeni təhlükəsizlik sisteminin formalaşmasında Avropa Birliyi (AB) üzvü olmayan ölkələrlə koordinasiyanın artırılmasının vacibliyinə toxunulub.
Türkiyə-AB münasibətlərindəki süni maneələrin aradan qaldırılması və AB-nin bu istiqamətdə konkret addımlar atması ilə əlaqədar Fransadan gözləntilər ifadə olunub.
Bundan başqa, H.Fidan Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasında Türkiyənin dəstəyi, Suriyanın yeni hakimiyyəti ilə əlaqənin genişləndirilməsi, PKK/YPG ilə mübarizənin vacibliyi, o cümlədən Suriyanın şimalındakı həbsxana və düşərgələrdə saxlanılan İŞİD terror təşkilatına mənsub əcnəbilərin öz ölkələrinə qaytarılmalarının vacibliyi məsələlərinə də toxunub.
- Bu şəxslər Amnistiya ilə cəzadan azad ediləcək – Qərar
- Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir
- Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?