İsrailin çoxdankı arzusu İranı məhv etməkdir. Təl-Əviv hesab edir ki, indi bunu etmək üçün əlverişli zamandır.
BUTA.TV xəbər verir ki, bu sözləri Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan erməni mediasına geniş müsahibəsində deyib.
“İki ssenari var: ya İranı danışıqlar masasına qayıtmaq üçün qorxudurlar, ya da ABŞ doğrudan da İrana hücum edəcək. Amma İran özünü müdafiə edə bilər, ilk növbədə Amerika hərbi bazalarını vuracaq, Yaxın Şərqdəki neft obyektlərinə hücum edəcək, bu da neftin qiymətini 4-5 dəfə artıracaq. Təbii ki, İsraili də vuracaq - İranın hipersəs raketləri var”, - o bildirib.
Xaçikyanın fikrincə, ruslar İrana kömək edəcəklər, ancaq təbii ki, gizli şəkildə, necə ki, Tehran Ukrayna müharibəsi zamanı Moskvaya kömək edib.
O, həmçinin vurğulayıb ki, İrana mümkün hücum olarsa, Tehran artıq bizə kömək edə bilməz və Azərbaycan bu fürsətdən istifadə edəcək.
Qeyd edək ki, Donald Tramp ABŞ və İran arasında birbaşa danışıqların başladığını elan edib.
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla