Bu məsələyə yanaşma fərqli olmalıdır. Çünki Şimali Kiprin rəhbərliyi müxtəlif formatlarda, o cümlədən BMT-nin vasitəçiliyi ilə statusla bağlı danışıqlar aparıb. Bu danışıqlar bir neçə il öncə daha fəal şəkildə davam edirdi, indi də aktivləşib. Məhz bu səbəbdən Azərbaycan beynəlxalq hüquqa və ənənələrə uyğun olaraq həmin danışıqların nəticəsini gözləyir.
Bu fikirləri BUTA.TV-a politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Şimali Kipri tanıya biləcəyi ehtimalını şərh edərkən deyib.
O, Azərbaycanın bu məsələyə beynəlxalq qanunlar və ənənələr çərçivəsində yanaşdığını vurğulayıb.
Bununla belə, politoloq Azərbaycanın gələcəkdə fərqli addım ata biləcəyini də istisna etməyib:
“Amma hansısa mərhələdə istisna etmirəm ki, Azərbaycan tərəfi bu danışıqların bir nəticə verməyəcəyini nəzərə alaraq bu və ya digər addımı ata bilər”.
Tofiq Zülfüqarov həmçinin Türkiyənin məsələyə fərqli yanaşmasının tarixi əsaslarını xatırladıb:
“Vaxtilə etnik təmizləmə və təhlükə ilə üzləşən adadakı türk əhalisini qorumaq məqsədilə Türkiyə Cümhuriyyəti Yunanıstanın həmlələrinin qarşısını almaq üçün addımlar atdı və təhlükəsizliyi təmin etdi. Rəsmi Ankara bu məsələdə təhlükəsizliyin təminatçısı rolunu öz üzərinə götürdü. Hazırda bu baxımdan təhlükə yoxdur və əsas diqqət danışıqlar prosesinin gedişinə yönəlib”.
Sonda Zülfüqarov qeyd edib ki, Azərbaycan istər dövlət, istərsə də cəmiyyət olaraq Şimali Kiprdə yaşayan türklərə hər zaman dəstək verməyə hazırdır.
- Tehrandan Bakıya uzanan Kamangir oxu: Cəmi 2 gün öncə...
- Ermənistan buna hörmətlə yanaşmalıdır - Prezident
- Solovyov Azərbaycanla bağlı yenə sərsəmlədi
- İsrail-İran münaqişəsi: Əliyevin bu çıxışı gündəm oldu - Video
- ABŞ İranı vursa, iki ölkə dərhal müharibəyə qoşulacaq – Ekspert
- Yaxın Şərqdəki nüvə təhlükəsi... – Zaxarova
- 29 İtaliya vətəndaşı İrandan Azərbaycana keçdi
- İran məğlub olsa, Azərbaycan... - Mixaylov