Ən genişmiqyaslı, sistematik, məqsədyönlü və ədalətli erməni qisasının alternativi olmamalıdır, çünki bu, yalnız bizim şərəfimiz deyil, həm də nəsillərimizin təhlükəsizliyi məsələsidir. - Bu sözlər hər hansı bir blogerə deyil, Ermənistanda akademik dairələrin tanınmış nümayəndəsi, şərqşünas Vardan Voskanyana məxsusdur.
BUTA.TV xəbər verir ki, bu barədə "Caliber"in Yutub kanalında yayımlanan yeni süjetdə bildirilib.
"Əgər bu sitat mücərrəd kimi görünsə də, daha sonra Voskanyan açıq təhdidlərə keçir. O, faktiki olaraq Azərbaycan vətəndaşlarına qarşı terror aktlarının törədilməsinə çağırır. Voskanyanın sözlərinə görə, belə hərəkətlər ədalətlidir, çünki Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq qaydaları pozub. Bir sözlə, uydurma "mənəvi qisas" pərdəsi altında azərbaycanlıların qətli üçün birbaşa çağırış edilir.
Vardan Voskanyanın Azərbaycan vətəndaşlarına qarşı zorakılıq aktlarına çağırışlarının ciddiliyini anlamaq üçün onun portretinə daha bir xarakterik cizgi əlavə edək. O, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın başçılıq etdiyi "Vətən" partiyasının üzvüdür. Məlum olduğu kimi, kəşfiyyatçıların və əks-kəşfiyyatçıların sabiqi olmur", - deyə süjetdə bildirilir.
Daha ətraflı aşağıdakı videomaterialda:
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla
- 1 həftə sonra məzun olacaqdı... - Foto