Prezident İlham Əliyev bu gün ADA-da keçirilən forumdakı çıxışında iranlı həmkarı Məsud Pezeşkianın bu ay Azərbaycana reallaşacaq səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini, o cümlədən qonşu ölkə ilə geniş nəqliyyat və iqtisadi gündəliyinin olduğunu vurğulasa da, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını unutmadığını da sözlərinə əlavə edib. Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən faciədən iki il keçməsinə baxmayaraq, terroru törədənin hələ də cəzalandırılmadığını bildirən İlham Əliyev ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün bu məsələnin həllinin tapılmasının vacibliyini xatırladıb.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
“Bu məsələnin həlli Azərbaycana səfər edən Məsud Pezeşkianın diqqətinə çatdırılacaq. Məsələ burasındadır ki, səfirliyimizə terror hücumu zamanı təxminən 40 dəqiqə ərzində terrorçuya müdaxilə edilməməsi cinayətin arxasındakı qüvvələrin gücündən xəbər verir. İlham Əliyev bu mövzuda danışarkən, terroru törədən cinayətkarın hadisədən dəqiqələr sonra rahat şəkildə İran dövlət televiziyasına müsahibə verdiyinə də diqqəti çəkib. Bu faktın özü bizdə terrorun yüksək dairələrdə planlaşdırıldığı və bu səbəbdən cinayətkarın hələ də cəzalandırılmadığı şübhələri yaradıb. İki ölkə arasında münasibətlərin inkişafını istəyən Məsud Pezeşkianın bu məsələni həll etməyə gücü çatacaqmı?” – politoloq qeyd edib.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!