Baş prokurorun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin qızı yüksək vəzifəyə təyinat alıb.
BUTA.TV Tribunainfo.az-a istinadən xəbər verir ki, X.Vəliyevin qızı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinə müavin təyin olunub.
Qeyd edək ki, bu təyinatdan bir neçə gün əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov başqa bir təyinat da həyata keçirib. Bakı meri “Azərsu” QSC-nin keçmiş prezidenti Qorxmaz Hüseynovun qardaşı oğluna da vəzifə verib. Belə ki, Hüseynovun qardaşı oğlu Bakı merinin müavini gətirilib. O, bu vəzifə ilə məhz Eldar Əzizovun oğlu ilə keçmiş iş yoldaşı olması müqabilində “mükafatlandırılıb”.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!