Türkiyə ilə Suriya üzrə danışıqlar təhlükəsizliyin sabitliyini qorumaq məqsədi daşıyır.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Dünən gecə İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda türkiyəli həmkarları ilə görüşüb. İsrail nümayəndə heyətinə Müdafiə Nazirliyi və təhlükəsizlik agentliyinin yüksək rütbəli rəsmiləri daxil olub”, - məlumatda qeyd edilib.
Netanyahunun ofisi danışıqlara ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib: “İsrail mühüm danışıqlara ev sahibliyi etdiyinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edir”.
Bildirilib ki, görüşdə hər bir tərəf regionda öz maraqlarını təqdim edib, regional sabitliyi qorumaq üçün dialoq yolunda davam etmək razılaşdırılıb:
“Danışıqlarda hər bir tərəf regionda öz maraqlarını təqdim etdi və onlar təhlükəsizliyin sabitliyini qorumaq üçün kommunikasiya kanalını davam etdirməyə razılaşdılar”.
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla
- 1 həftə sonra məzun olacaqdı... - Foto