Rusiyanın Suma hücumu Donald Trampın 30 günlük atəşkəs cəhdinin nəticəsiz olduğunu təsdiq etdi. Putin Trampın “atəşkəs təklifini” qəbul edəndə də yazmışdıq: Rusiya sülhdən qaçan tərəfə çevrilməmək və ABŞ-ın təzyiqindən yayınmaq üçün buna razı oldu, lakin tərəflər – Rusiya və Ukrayna bir-birini “atəşkəsi pozan tərəf” kimi göstərmək üçün qarşılıqlı hücumlara davam edəcəkdi və razılaşmanın əldə edilməsindən sonra hücumlar səngimədi.
Sum hücumu nəticələrinə görə daha dəhşətlidir. Bu hücumda əsas diqqətçəkən məqam ABŞ-ın reaksiyası oldu. Vaşinqtondan verilən açıqlamalarda – Rubio və Kelloqun bəyanatlarında Rusiya qınanılsa da, “Tramp müharibəni məhz buna görə dayandırmağa çalışır” sözləri xüsusi olaraq vurğulanır. Birmənalı qarşılanmayan fikirdir, çünki ABŞ müharibəni Ukrayna ərazilərinin güzəştə gedilməsi hesabına dayandırmaqdan bəhs edir. Bu kontekstdə sual yaranır:
- Vaşinqtonun Sum hücumuna münasibəti Kiyevə “sülhə razılaşmasanız, şəhərləriniz bombalanmağa davam edəcək” mesajıdır?
- Yaxud Ukraynada şəhərlərin bombalanması, mülki insanların ölümü Kiyevin gündəmdəki sülh planına razı salınması baxımından ABŞ-ın marağındadır?
Müharibənin günahkarı Tramp deyil, lakin mülki insanların ölümü Ağ Evdə əyləşənlər üçün təfərrüat kimi görünür.
- Moskvada parad vaxtı Netanyahu və Ərdoğanın Bakıya gəlişi...
- Çin Pakistanı seçdi, Modi Rusiyadan imtina etdi - Nə olacaq?
- 44 günlük savaş: erməni generallar əsgərləri belə öldürüb - Video
- Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…
- Mən həmin vaxt əsayla gəzirdim… - İşxanyan
- Qazaxın azad olunan 4 kəndi ilə bağlı bu işlərə başlanıldı
- Qarabağ erməniləri indi də Ermənistana müharibə elan etdi
- Elçin Əmirbəyov Meksika Senatında - Foto