Azərbaycanda sosial şəbəkələrdə “Gül Əliyeva” kimi tanınan Gülsüm Əliyeva ilə bağlı ciddi ittihamlar irəli sürülür. İddialara görə, Əliyeva rəsmi tibbi təhsil almadan estetik əməliyyatlar aparır və bu fəaliyyət nəticəsində bir nəfər həyatını itirib.
BUTA.TV xəbər verir ki, bu barədə jurnalist Qənirə Ataşova öz sosial şəbəkə səhifəsində məlumat yayıb. “Gülsüm Əliyeva uzun müddət Respublika Klinik Xəstəxanasında baş həkimin katibəsi vəzifəsində çalışıb. Vüsal adlı bir şəxslə tanışlığından sonra isə özünü həkim kimi təqdim etməyə başlayıb.
Səhiyyə Nazirliyinin məlumat bazasında Gülsüm Əliyeva həkim kimi qeydiyyatda deyil. Türkiyənin rəsmi təhsil sistemində də onun adına rast gəlinmir.
Əldə edilən sənədlərə görə, Gülsüm Əliyeva Gəncədə fəaliyyət göstərən VMR Estetik Klinikasında liposaksiya əməliyyatı aparıb. Həmin əməliyyat zamanı Gülbəniz Bayramova adlı şəxsin həyatını itirdiyi bildirilir. Sənədlərdə əməliyyatın birbaşa Gülsüm Əliyeva tərəfindən həyata keçirildiyi qeyd edilsə də, hazırda bu faktlar müxtəlif səbəblərlə gizlədilir və onun adı rəsmi sənədlərdə keçmir.
Eyni zamanda, Rusiya əsilli Azərbaycan vətəndaşı Zarina Minakovskaya adlı bir şəxsin də Gülsüm Əliyeva ilə bağlı şikayəti olduğu bildirilir. Məlumata görə, Zarina xanımın paylaşım etməməsi üçün təzyiqlə qarşılaşması da narahatlıq doğuran digər bir məqamdır”, - Ataşova bildirib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlamışıq.
- 44 günlük savaş: erməni generallar əsgərləri belə öldürüb - Video
- Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…
- Mən həmin vaxt əsayla gəzirdim… - İşxanyan
- Qazaxın azad olunan 4 kəndi ilə bağlı bu işlərə başlanıldı
- Qarabağ erməniləri indi də Ermənistana müharibə elan etdi
- Elçin Əmirbəyov Meksika Senatında - Foto
- Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək
- Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək