Tanınmış yazıçı və publisist Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri vəzifəsinə yeni təyin olunub.
Bu barədə BUTA.TV-a açıqlamasında Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.
Onun sözlərinə görə, Orxan Fikrətoğlu daha əvvəl Azərbaycan Respublikası Kino Agentliyində (ARKA) baş direktorun müşaviri vəzifəsində (eyni zamanda baş direktorun səlahiyyətlərini icra edən – red.) çalışıb. Yeni təyinatla o, mədəniyyət nazirinin müşaviri kimi fəaliyyət göstərəcək.
Nazirliyin açıqlamasında Orxan Fikrətoğlunun “vacib sahələrin koordinasiyası” ilə məşğul olacağı qeyd edilsə də, bu sahələrin konkret nədən ibarət olduğu açıqlanmayıb. A.Kərimova bu suala cavabında “məlumat olduqda, ictimaiyyətə açıqlayacağıq” cavabını verib.
Aynur Kərimova bildirib ki, hazırda ARKA-da baş direktoru vəzifəsinə yeni təyinat yoxdur.
Qeyd edək ki, 2023-cü ilin 11 dekabrında yayılan məlumatda Orxan Fikrətoğlunun ARKA-nın baş direktoru səlahiyyətlərini icra edən, eyni zamanda, nazirin müşaviri olduğu haqda məlumat yayılmışdı.
21 aprel 2025-ci ildə isə onun nazir müşaviri təyin olunduğu bildirilmiş, ARKA-nın baş direktoru vəzifəsindən uzaqlaşdırıldığına “eyham” edilmişdi. Bu isə anlaşılmazlıq yaratmışdı.
- Sabah liderlər Qəbələdə nələri müzakirə edəcəklər?
- Binəli Yıldırım İlham Əliyevlə görüşündən yazdı
- Hakan Fidan Azərbaycana gəlir
- Saleh Səmədovun həbsi ilə bağlı yeni xəbər
- Tokayev Qəbələyə gəldi, Əmrullayev qarşıladı - Foto
- Naxçıvana gediş-gəliş 99 il belə olacaq - Atanesyan
- İrəvan 44 günlük müharibəni arxivləşdirdi
- Ukrayna zəif nöqtələri tapdı: 4 gündür ardıcıl vurur!