Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gecə İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb.
BUTA.TV xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib.
“Baş nazir Paşinyan bunu məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qəbul edilə bilməz. Bu təxribatçı və təhrikedici bir təcrübədir”, - o bildirib.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər