Şadlıq saraylarında keçilirən tədbirlərdə külli miqdarda ödəniş olunmasına baxmayaraq, məclis sahiblərinə qəbz verilmir. Şadlıq evlərinin ödəniş müqabilində qəbz verməməsi insanlarda müəssisənin qanun pozuntusuna yol verib-vermədiyi ilə bağlı suallar yaradır.
Məsələ ilə bağlı BUTA.TV-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, restoran xidmətlərində ƏDV sistemi var və bu, şadlıq saraylarına da şamil olunur.
“Şadlıq sarayları vergini daha az ödəmək və vergidən yayınmaq üçün daha çox nağd ödənişlərə üstünlük verirlər. Bu isə tipik vergidən yayınma üsullarından biridir”, - deyə ekspert bildirib.
Şadlıq saraylarının toy sahiblərindən qəbul etdiyi pula görə niyə qəbz verməməsi barədə Dövlət Vergi Xidmətinə 3 gündür sorğu verilib.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər