Azərbaycanda “Çin dili öyrən” dövrü başlayır. Xatrılayıram ki, 2000-ci illərin əvvəli ABŞ-da olarkən küçələrdə hər addımda “Çin dili kursları” elanı diqqət cəlb edirdi. Maraqlandıqda məlum oldu ki, əvvəllər burada daha çox rus dili kursları varmış. Lakin SSRİ dağılandan sonra Amerika gənclərinin də rus dilinə marağı qalmayıb və onlar Çin dilini öyrənməyə üstünlük veriblər.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.
“İndi düşünürəm ki, Azərbaycanla Çin arasında həm biznes, həm də elm, təhsil və texnologiya sahəsində imzalanan strateji razılaşmalardan sonra Çin dili ölkəmizdə yeni önəm qazanacaq. Düşünmək olar ki, Çin dili kursları artacaq, özəl və dövlət məktəbləri, universitetlər bu dili tədris etməyə başlayacaqlar.
Əlbəttə, Çin bazarlarına çıxış, texnologiya və ticarət sahəsində üstünlük və birbaşa əlaqə, biznes, gənclərin yeni təhsil və iş fürsətləri üçün bu dil getdikcə daha çox əhəmiyyət kəsb edəcək.
Düşünürəm ki, hökumətin Çin dili ilə bağlı müəllim hazırlığı və təqaüd proqramları yaratması, tədris proqramlarına Çin dilinin əlavə edilməsi, Çin universitetləri və institutları ilə tələbə mübadiləsini artırması doğru və faydalı olardı. Valideynlər də fərqində olmalıdırlar ki yaxın gələcəkdə bizdə biznes və ticarət, texnologiya və innovasiyalar, logistika və diplomatiya sahələrində Çin dili bilən kadrlara böyük ehtiyac yaranacaq.
Əlavə olaraq qeyd edim ki, sayt hazırlayanlar da fərqində olsunlar ki, bəzi milli internet resurslarımız ənənəvi 3 dildə yox, 4 dildə ola biləcək”, - Gündüz qeyd edib.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər