“Avronyus” telekanalı Azərbaycanın Qarabağ bölgəsinin ərazisində - Şuşa və Xocalıda aşkar edilmiş kütləvi məzarlıqlar mövzusunu işıqlandırıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, telekanalın materialında bildirilib ki, tapılan qalıqların Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlara aid olduğu ehtimal edilir.
Bundan əlavə, ekspertlər mümkün işgəncə əlamətlərini aşkar ediblər.
"Ən azı yeddi şəxsə aid sümüklər və digər fraqmentlər aşkar edilib. Tapılan sübutlar göstərir ki, bu insanlar qətlə yetirilməzdən əvvəl, ehtimal ki, işgəncələrə məruz qalıblar.
Mülki şəxslər təxminən 25 il əvvəl basdırılıb", - telekanalın saytındakı məlumatda qeyd olunub.
Materialda həmçinin vurğulanıb ki, Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi zamanı kütləvi qətllərin baş verdiyi yerə çevrilib.
Xatırladaq ki, apreldə azad edilmiş ərazilərdə iki kütləvi məzarlıq aşkarlanıb. Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa-Laçın yolunun birləşməsində aşkar edilib. Burada tapılan qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan digər məzarlıqda isə ən azı 7 nəfərə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir.
- Pakistan səfiri Azərbaycanın dəstəyindən yazdı
- AZAL Hindistana reysini təxirə saldı
- Hindistanla Pakistan arasında gərginlik: Bakıdan reaksiya...
- Pezeşkianın səfərinin iki hədəfi: Bakı qəbul etməyəcək...
- Rusiya Ukrayna ordusunda vuruşmuş azərbaycanlıya hökm oxudu
- Rusiyadan deportasiya olunma səbəbim bu deyil - Badamov
- Azərbaycan-Suriya münasibətləri
- Rusiyanın Badamovla bağlı qərarının gerçək səbəbləri - Detallar