Yaxın gələcəkdə Azərbaycanla birgə hərbi sənaye məhsulları istehsal olunacaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Belarusun Baş naziri Aleksandr Turçinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olan Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus bildirib.
"Belarus və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq strateji xarakter daşıyır və uzun tarixi ilə məşhurdur, ona görə də biz planlı və sistemli şəkildə işi davam etdiririk", - D.Pantus qeyd edib.
Onun sözlərinə görə, hazırda tərəflər Azərbaycan ərazisində hərbi təyinatlı məhsulların istehsalının təşkili üzrə birgə layihələri müzakirə edirlər.
"Bu iş davam edir və yaxın gələcəkdə Azərbaycanın hərbi sənaye korpusu ilə birgə məhsullarımız olacaq", - o vurğulayıb.
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi