Ermənistan Azərbaycanın iddia etdiyi qanun pozuntuları ilə bağlı diplomatik kanallar vasitəsilə məlumat istəyib. Ermənistan araşdırma aparıb və bütün insidentləri Azərbaycana təhvil verib. Ermənistan da iddia etdiyi pozuntularla bağlı məlumatları Azərbaycana təqdim edib və bu barədə ətraflı məlumat gözləyir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan və Azərbaycanın atəşkəs rejiminin pozulması ilə bağlı məlumat mübadiləsi aparması haqda məlumatı şərh edərkən deyib.
“Azərbaycan qanun pozuntusu hesab etdiyi faktlar barədə məlumat verib. Biz araşdırma apardıq və məlum oldu ki, ümumiyyətlə, heç bir qanun pozuntusu yoxdur”, - o bildirib.
- Tramp Azərbaycanın qardaşı ilə birləşdi - Loqinova
- Türkiyə nüvə silahı əldə edib? – Sensasion detallar
- Qonşudan PUA buraxıldı, xəbər etdik, qoşun yeridildi - Qudərzi
- Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?
- Bərdənin raket atəşinə tutulmasından 5 il ötür
- Daur İsmayılov Marneulinin meri seçildi
- Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif
- Cabirin dəfnində bu foto rezonans yaratdı