Türkiyə və İsrail hərbi imkanları Cammu və Kəşmirdə üz-üzə gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Turab Rzayev bildirib.
O qeyd edib ki, Türkiyə İsrail proksi müharibəsinin müsbət və mənfi tərəfləri var:
“Mənfi tərəfi odur ki, Azərbaycan iki yaxın müttəfiqi, iki strateji dəstəkçisi arasındakı mübarizədə sıxılır. Tərəflər arasında potensial müharibə bizim gücümüzü azaldır və rəqiblərimizə şans yaradır.
Müsbət tərəf isə ondan ibarətdir ki, tərəflər açıq müharibə aparmağın ağılsızlıq olduğunu başa düşürlər. Suriyada açıq qarşıdurmaya getmirlər. Əvəzində öz güclərini Kəşmirdə sınayırlar.
İkincisi, Kəşmirdə artıq tərəflərin texniki və texnoloji üstün və zəif cəhətləri bilindiyi üçün potensial müharibə riski daha da azalır. Tərəflər kompromisə daha çox meyilli olurlar...”
Qeyd edək ki, Türkiyə və Çinin hərbi texnologiyasından istifadə edən Pakistan İsrail və Qərb texnologiyasına əsaslanan Hindistanı 6 may gecəsi və ondan sonrakı qarşıdurmalarda darmadağın edib. Hindistanın Fransa istehsalı “Rafale” də daxil olmaqla, 5 qırıcısı, onlarla PUA-sı məhv edilib. Məhv edilən PUA-lar içərisində xüsusilə İsrail istehsalı “Harop”lar diqqət çəkib.
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi
- Yaşayış binasında partlayış: ana xəsarət aldı, övladı öldü
- Göldə iki uşaq boğuldu - Biri babası evinə qonaq gəlibmiş
- Ermənistanda deputat seçilən Həsənov... - Qızı Türkiyə klubunun rəhbərliyindədir