Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub.
BUTA.TV-ın əldə etdiyi məlumata görə, qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər.
Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir.
DTX-nin Mətbuat xidmətindən bildirilib ki, hazırda aidiyyəti məsələ ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirildiyindən yaxın vaxtlarda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcəkdir.
Mövzunu diqqətdə saxlayırıq.
- Bu ərazilərdə qaz olmayacaq
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi
- Yaşayış binasında partlayış: ana xəsarət aldı, övladı öldü
- Göldə iki uşaq boğuldu - Biri babası evinə qonaq gəlibmiş