Keçən il 3 Azərbaycan vətəndaşı Kipr və Qvatemalada insan alverində təqsirləndirilərək həbs edilib. Ölkəyə readmissiya edilən şəxslər arasında isə bir nəfər Yunanıstanda insan alverinin qurbanı olub.
BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.
Qeyd edilib ki, xarici ölkələrin müvafiq dövlət qurumları ilə aparılmış məlumat mübadiləsi nəticəsində üç Azərbaycan vətəndaşının Kiprin və Qvatemala Respublikasının hüquq mühafizə orqanları tərəfindən insan alverində təqsirləndirilərək həbs edilməsi, ölkəyə readmissiya edilən şəxslər arasında isə bir nəfərin Yunanıstan Respublikasında insan alverinin qurbanı olması müəyyən edilib.
- Bu ərazilərdə qaz olmayacaq
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi
- Yaşayış binasında partlayış: ana xəsarət aldı, övladı öldü
- Göldə iki uşaq boğuldu - Biri babası evinə qonaq gəlibmiş