Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlər uğurla inkişaf edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Overçukun sözlərinə görə, iki ölkənin nümayəndələri Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində də fəal müzakirələr aparıblar:
“İqtisadi sahədə münasibətlər çox yaxşı inkişaf edir. Biz daim əlaqədəyik və ŞƏT sammitində də azərbaycanlı həmkarlarımızla fəal ünsiyyət qurduq. Ona görə də Azərbaycanla iqtisadi planda əlaqələrimiz planlaşdırıldığı kimi normal inkişaf edir”.
- Bakıdan bu şəhərə birbaşa reys açılır
- Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...
- Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi...
- Oman sahillərində tanker yandı: itkilər var - Video
- Ordumuz Xəzərdə “düşməni” məhv etdi - Foto
- “Highland Residence”də mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər
- Məktəblərdə dərsliklər yığılır