Tanınmış türkiyəli yutuber Onur Naci Öztürklər TRT də daxil olmaqla, bəzi kanalların futbol şərhçilərini tənqid edib.
BUTA.TV xəbər verir ki, Öztürklər adıçəkilən kanalların aparıcılarını “Qarabağ” klubunun oyunlarını zəif şərh etməkdə ittiham edib.
“Azərbaycanda “Qalatasaray”ın, “Beşiktaş”ın oyunları yayımlanan zaman spikerlər bizim klublarımız qol buraxanda pis olur, rəqib komandanın hücumunu sakit şəkildə şərh edirlər. Bizim qollarımıza isə öz qolları qədər sevinirlər. Amma “Benfika” “Qarabağ”a qol vuranda bizim spikerlər qışqıraraq, həyəcanlanaraq şərh etdilər. “Kopenhagen”in hücumunu həyəcanla şərh edirlər. O insanların ölkələrində sizin klubların oyunlarını şərh etməsinə baxmısınız? Bu nə hörmətsizlikdir?” – Öztürklər bildirib.
- "Dünyagöz"ün baş həkiminə cinayət işi açıldı
- Bakıda mebel sexi bağlandı - Video
- Azovda öldürülənlərin cənazələri ölkəyə gətirildi
- ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
- Eşşəyin dişlədiyi 70 yaşlı kişi öldü
- DYP "Son zəng"lə bağlı bu şirkətlərə xəbərdarlıq etdi
- Bakıda obyekt səkini zəbt etdi: İH-dən reaksiya... - Video
- Qurumlar üçün xidməti parklanma yerlərinin siyahısı...