Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Azərbaycanda keçiriləcək 12-ci Zirvə Görüşündə təşkilata daxil olmayan dövlətlərlə əməkdaşlıq üçün "TDT+" formatının təsis edilməsi ilə bağlı qərar qəbul edilməsi planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində bildirib.
"Təşkilatımız çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı qərar qəbul ediləcək. Üçüncü ölkələrlə əməkdaşlıq etməyə imkan verəcək "TDT+" formatı olacaq. Dərhal vurğulamaq istəyirəm, söhbət bəzi jurnalistlərin bəzən şərh etməyə çalışdığı kimi qapalı və ya hərbi bloklardan getmir. Bu, doğru deyil", - deyə o bildirib.
Baş katibin sözlərinə görə, təhlükəsizlik məsələləri əvvəlki sammitlərin əsas mövzusu olub və qarşıdakı sammitdə də vacib mövzu olaraq qalacaq.
"Ancaq bu dəfə əsas diqqət iqtisadiyyata yönəldiləcək. İqtisadi gündəlikdə nəqliyyat, logistika, infrastruktur əlaqələri var - bu bütün üzv ölkələrimiz üçün strateji istiqamətlərdir", - deyə Ömüraliyev qeyd edib.
- Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...
- İrəvandakı “qeyri-sabit”liyin Bakı ilə “əlaqəsi”...
- Qazaxıstandan AZAL qəzası ilə bağlı ən son məlumat
- Prezidentə yalan deyilib: Türkiyənin siyahısındakı adlar...
- XİN məlumat yaydı
- Əli Əsədovdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Ərdoğanın Ermənistana Azərbaycan şərti... - Safrastyan
- Pezeşkian Azərbaycanla bağlı bu tapşırığı verib...