Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin qeyd etdiyi kimi, türkün başqa bir türklə düşmənçilik etməyə haqqı yoxdur. Türk dövlətlərinin daha da yaxınlaşması üçün əlimizdən gələni edəcəyik.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə deyib.
“Biz türklərin tarixinin ortaq köklərə getdiyini, xalqların əsrlərə gedib çıxan ortaq mənşəyə malik olduğunu daima vurğulayırıq. Bütün bunlar xalqlarımızın qardaşlığının və əbədi birliyinin qızıl özəyi rolunu oynayır. Bu yaxınlarda ölkələrimiz Türk Dövlətlərinin Əməkdaşlıq Gününü qeyd etdi. Bu əlamətdar bayram türk xalqlarının birliyinin möhkəmlənməsini simvolizə edir. Təşkilat bu gün dost türk xalqlarını birləşdirən nüfuzlu və mötəbər struktura çevrilib”, - o bildirib.
- DYP "Son zəng"lə bağlı bu şirkətlərə xəbərdarlıq etdi
- Bakıda obyekt səkini zəbt etdi: İH-dən reaksiya... - Video
- Qurumlar üçün xidməti parklanma yerlərinin siyahısı...
- Bu şəxslər hərbi xidmətə çağırılmır - Yeni qaydalar açıqlandı
- Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü
- 2 nəfərin ölümünə səbəb olan sürücü sükan arxasında yatıbmış
- Xəzər dənizində zəlzələ oldu
- Arazda batan yeniyetmənin meyiti tapıldı