Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "STP-Btech" şirkəti ilə iki satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilələrin birində respublika ərazisində, magistral yollarda nişanlanma işləri, digərində isə yolların xətlənməsi işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Yollarda nişanlanma işlərinə görə "STP-Btech" şirkətinə 33 549 225,28 manat, yolların xətlənməsinə görə isə 11 465 232,11 manat ödəniləcək.
Ümumiyyətlə isə AYNA cari ildə "STP-Btech" şirkətilə dörd satınalma müqaviləsi imzalayıb. Əvvəlki iki müqavilə də yolların xətlənməsi və nişanlanması ilə bağlıdır. Bu müqavilələrin ümumi maliyyə dəyəri isə 32 295 357,01 manatdır. Beləliklə, aydın olur ki, "STP-Btech" şirkəti təkcə 2025-ci ildə AYNA-dan 77 309 814,40 manatlıq sifartiş alıb.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Ötən il də AYNA ilə sözügedən şirkət arasında iki satınalma müqaviləsi imzalanıb. Bu müqavilələr də nişanlanma və xətlənmə işləri ilə bağlıdır. Müqavilələrin ümumi maliyyə dəyəri 20 593 944,40 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "STP-Btech" MMC 4 aprel 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 400 000 manatdır. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texno Park sahəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Emre Yalçındır.
Emre Yalçın
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ondan əvvəl şirkətin qanuni təmsilçisi Qurbanzadə Səlim Səlim oğlu olub. Mediada gedən məlumatlara görə, Səlim Qurbanzadə "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının sədri Aqil Qurbanovun qardaşıdır. Səlim Qurbanzadənin "STP-Btech" MMC-yə rəhbərlik etdiyi dönəmlərdə də şirkət iri məbləğli dövlət sifarişləri alıb. Media bunu Aqil Qurbanovun himayədarlığının nəticəsi kimi şərh edir.
Yeri gəlmişkən, "STP-Btech" MMC 1 ildən bir az artıqdır ki, fəaliyyət göstərir. Lakin yaranmasından heç iki ay ötməmiş satınalma müsabiqələrində iştirak etməyə başlayıb.
Ələkbər Abbaslı
"STP-Btech" MMC-nin rəsmi internet saytından məlum olur ki, şirkətin Direktorlar Şurasının sədri Ələkbər Abbaslıdır. Ələkbər Abbaslı cari ilin avqustunda "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin baş icraçı direktoru vəzifəsinə təyin edilib.
Aymet Haytaoğlu
"STP-Btech" MMC-nin Direktorlar Şurasının üzvlərindən biri Aymet Haytaoğludur. O, bundan əvvəl "Caspian Entertainment" şirkətinin rəhbəri olub.
Adıçəkilən şəxslərin AYNA və ya qurumun rəhbərliyi ilə hər hansı əlaqələrinin, yaxınlıqlarının olması barədə məlumat yoxdur. Bununla belə, cəmi il yarımdır fəaliyyət göstərən şirkətin bu müddət ərzində AYNA-dan 97 903 758,80 manatlıq sifariş alması şirkətlə AYNA rəhbərliyi arasında hansısa işbirliyinin olmasına şübnhələr yaradır.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi