Ramiz Mehdiyevin həbsində önə çıxan ilkin versiyalar o qədər də güclü görünmür:
- Mehdiyev 2019-cu ildə siyasi hakimiyyətdən, 2022-ci ildə ictimai fəaliyyətdən gedib: məsələ onun neytrallaşdırılması olsaydı, bu, daha öncə baş verməliydi, yaxud bir ittiham - cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma yetərli olardı;
- Mehdiyevin bağlı olduğu deyilən Rusiyanın təsir rıçaqlarına qarşı “önləyici” addımların atılması ehtimalı da zəifdir: son 10 ayda Bakı-Moskva xəttində baş verən “əsəb müharibəsi” zamanı belə addımlar atıldı, bu baxımdan, Əliyevlə Putinin Düşənbə görüşündən sonra başlanan normallaşma mərhələsində bunun baş verməsi suallar yaradır;
Bu iki amil fonunda Mehdiyevə qarşı irəli sürülən ittihamlar (dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər) təhdidlərin daha ciddi olduğu fikrini ön plana çıxarır.
Görünür, dövlət hakimiyyətini ələ keçirməyə yönələn real fəaliyyətlər baş verib. Ki, geosiyasi mübarizənin regiona təsirləri fonunda belə təhdidlər gözləniləndir.
- Diaspor rəhbərimiz Rusiya vətəndaşlığından məhrum edildi
- Azərbaycan layihələri Britaniyanın sanksiyalarından azad edildi
- Ramiz Mehdiyevin yazışmaları ortaya çıxdı
- Hikmət Hacıyev Almaniyanın dövlət katibi ilə görüşdü
- İstanbulda 5 milyonluq oğurluq: Azərbaycanəsilli qarətçilər saxlanıldı
- Qəbələ, Laçın, Gəncə kimi şəhərlər... - Zaxarova
- Müsəlman ölkələr arasında toqquşma: Tramp barışdıracaqmı?
- Azərbaycan hərbi qulluqçuları Qarsda təlimdə - Foto