Türkiyə ilə bir çox səviyyələrdə - liderlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr və texniki qruplar arasında çox yaxşı dialoqumuz var.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan DW-yə müsahibəsində deyib.
“Dialoq heç bir ilkin şərt olmadan gedir. Həmçinin türk tərəfdaşlarımız Ermənistan-Azərbaycan münasibətləri normallaşmayana qədər sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması prosesini başa çatdıra bilməyəcəklərini vurğulayırdılar.
İndi hazırdır, Ermənistan-Azərbaycan sülh sazişi paraflanıb. Onun mətni ilə bağlı heç bir mübahisə yoxdur. Mən şəxsən Ermənistan-Türkiyə sərhədlərinin açılması və diplomatik münasibətlərinin qurulmasında heç bir problem görmürəm. Bunu türkiyəli tərəfdaşlarımız da təsdiqləyiblər. Onlar öz istəklərini bildirirlər, sərhədləri açmaq, dəmir yolu əlaqəsini bərpa etmək və ikitərəfli ticarəti istiqamətləndirmək istəklərini nümayiş etdirirlər.
Ona görə də düşünürəm ki, yaxın həftələr və aylarda bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş əldə edəcəyik. Bu, mənim fikrimdir, hadisələrin necə inkişaf edəcəyini görəcəyik”, - Ermənistan XİN rəhbəri bildirib.
- Zahid Oruc: Ramiz Mehdiyev intihar etdi...
- Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir
- Azərbaycan BMT ilə mühüm sənəd imzaladı
- Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?
- Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi
- General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər
- Hakan Fidan Ramil Həsəni qəbul etdi
- Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü