Xarici işlər naziri Ceyhun Bayramov Bakıdakı "Rus Evi" nin bərpa edilib-edilməməsinə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan nazir ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda "Rus Evi" heç bir qeydiyyatı olmadan fəaliyyət göstərib, bununla bağlı müəyyən vaxtlarda təsistata xəbərdarlıq edilib:
"Lakin digər pozuntular da davam edirdi. Ona görə də Rus Evinin bağlanmasına qərar verildi və icra edildi. Bu və digər təsisatların ölkədə fəaliyyət göstərməsi üçün ölkənin qanunvericiliyinə uyğun olmalıdır. Heç bir formada birtərəfli qaydada belə təsisatların fəaliyyəti qəbul edilmir. "Rus Evi ilə bağlı ən son təmaslar bir neçə həftə öncə olub. Bir sıra yarımçıq ləğvetmə prosesləri var idi. Rusiya tərəfi bununla bağlı ləğvedicilər təyin etmişdi. Məndə olan məlumata əsas yarımçıq və və həlli olunmayan məsələ qalmayıb və ləğv olunma məsələsi başa çatıb".
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı