Türkiyənin Batumi şəhərindəki Baş Konsulluğunun rəhbəri Adnan Altay Altınörsün kazinoda çəkilmiş görüntülərin sosial mediada yayılmasından sonra Türkiyə Xarici İşlər Nazirliyi (XİN) hərəkətə keçib.
“BUTA.TV” xəbər verir ki, diplomata aid fotoların yayılması diplomatik dairələrdə rezonans doğurub.
Hadisədən sonra Altınörs təcili şəkildə Ankara qərargahına geri çağırılıb.
XİN baş verənlərin ardından Batumidəki diplomatik nümayəndəlikdə dəyişiklik edib və vəzifəyə Tbilisidəki Türkiyə səfirliyinin müşaviri Banu Terzioğlu təyin olunub. O, bundan əvvəl Almaniyanın Karlsrue şəhərində baş konsul vəzifəsində də çalışıb.
Yeni təyinatla bağlı məlumatda bildirilir ki, Terzioğlu diplomatik xidmətə 2005-ci ildə başlayıb və müxtəlif mərhələlərdə Nazirliyin protokol, regional və Avropa İttifaqı üzrə strukturlarında çalışıb.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməsə də, sosial mediada yayılan görüntülərin qərarın sürətlə qəbul olunmasında həlledici rol oynadığı qeyd olunur.

- Adil Kərimli bu iddiaları rədd etdi
- "Dünyagöz"ün baş həkiminə cinayət işi açıldı
- Bakıda mebel sexi bağlandı - Video
- Azovda öldürülənlərin cənazələri ölkəyə gətirildi
- ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
- Eşşəyin dişlədiyi 70 yaşlı kişi öldü
- DYP "Son zəng"lə bağlı bu şirkətlərə xəbərdarlıq etdi
- Bakıda obyekt səkini zəbt etdi: İH-dən reaksiya... - Video