Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı

15:54 - 11 İyun 2026 - GÜNDƏM

 Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı

3 nömrəli marşrut xətti üzrə hərəkət edən "Bakı Bus"a məxsus avtobusda kondisionerin işləməməsi etiraza səbəb olub.

BUTA.TV xəbər verir ki, sözügedən olay “Dərnəgül” metrosundan “Gəncliy”ə gedən istiqamətdə baş verib.

Sərnişinlər sərnişin sıxlığı olan avtobusda isti havanın boğucu hala gəlməsini səbəb göstərərək, kondisionerin qoşulmasını tələb ediblər. Sürücü isə buna cavab olaraq kondisionerin xarab olduğunu deyib. Bu isə mübahisə yaradıb.

Qeyd edək ki, sözügedən istiqamət üzrə sərnişinlərin digər şikayəti də avtobusların 25-30 dəqiqə intervalla işləməsidir.

Bu xəbər hal-hazırda çox oxunur
İrana qarşı hücumlar başa çatdı - Yenilənib

Xatırladaq ki, bir neçə gün öncə Bakı Bus MMC şirkətin istismarında olan bütün avtobusların kondisioner sistemi ilə təchiz edildiyini açıqlayıb.

Bildirilib ki, yay mövsümünün başlanması ilə əlaqədar kondisioner sistemlərinin mərhələli şəkildə aktivləşdirilməsinə artıq başlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol