Bakının üç rayonunda qaz olmayacaq

00:57 - 12 İyun 2026 - GÜNDƏM

 Bakının üç rayonunda qaz olmayacaq

Bu gün Bakının Sabunçu, Surraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılacaq.

Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 12-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun G. Dmitrov, L. Tolstoy, D. Bünyadzadə, Ə. Qarayev, Deputat küçələrinin və Əlillər evinin, Suraxanı və Səbail rayonlarının MİDA yaşayış komplekslərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol