Binəqədi rayonunda maşından 120 min dollar oğurlayan şəxslər saxlanılıblar.
BUTA.TV xəbər verir ki, iyunun 4-də Binəqədi rayonu ərazisində BYD markalı avtomobildə sərnişin qismində əyləşən bir nəfərin 120 min ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü Əfsan Məmmədov və onunla cinayətdə qabaqcadan əlbir olan tanışı Samir Bəylərli saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, Ə.Məmmədov avtomobildə əyləşən, əvvəldən tanıdığı şəxsin üzərində külli miqdarda pul vəsaiti olacağını bilib və bu barədə S.Bəylərliyə məlumat verib. Onlar aralarında razılaşaraq sərnişinin avtomobildən düşəcəyi vaxtı müəyyənləşdiriblər. Daha sonra nəqliyyat vasitəsinin guya nəzarətsiz qalması səbəbindən avtomobildən oğurluq edilməsi görüntüsü yaradaraq talama cinayətini həyata keçiriblər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü
- Bakıda 66 yaşlı kişi dənizdə boğuldu
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi