İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “BUTA.TV”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-30° isti olacaq.
- Bu mərkəzin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olundu
- Azərbaycanda güclü zəlzələ: Dağıntı var?
- Bu rayonlarda ehsan ləğv olunub - Siyahı
- Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib?
- Deputatdan blogerlərlə bağlı təklif: Diplomu olmalıdır!
- Hadrut və Qırmızı Bazara növbəti köç oldu - Foto
- Xüsusi qabiliyyət imtahanlarına start verilir
- "Qurtuluş"un rəhbəri hakim qarşısında...