Dünən Bakıda və Abşeronda temperatur iqlim normasından 9 dərəcə yüksək olub.
BUTA.TV xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, bir neçə gündür, ölkə ərazisində küləkli hava şəraitinin müşahidə edilməsinə baxmayaraq yüksək temperatur rejimi qeydə alınıb:
"Belə ki, dünən Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 9 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında, eləcə də, bəzi bölgələrdə havanın temperaturu 23-28 dərəcəyədək yüksəlib”.
G.Məmmədovanın sözlərinə görə, keçən il Yel çərşənbəsində havanın temperaturu ilqim normasından 4 dərəcə yüksək olub:
"Çoxillik müşahidə məlumatlarına əsasən, son 10 ilin Yel çərşənbəsində cənub-qərb küləyinin maksimal sürəti 2020-ci ildə 22 m/san-yə çatıb. Bu gün isə Abşeronda şimal küləyinin sürəti saniyədə 25 metrə çatıb. Axşam külək mülayimləşəcək".
- ABŞ İrana qarşı hücumlara başladığını elan etdi
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu