Mən Latviya Prezidentini Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məlumatlandırdım. Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.
“Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir”, - İlham Əliyev deyib.
- ABŞ İrana qarşı hücumlara başladığını elan etdi
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu