Bakı ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi Davosa çevrilib.
BUTA.TV Reporrt-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko deyib.
O qeyd edib ki, “şərlə mübarizə” üsullarının müzakirəsinin intensivləşdirilməsi çox vacibdir.
Sabiq prezidentin sözlərinə görə, hazırda Avropa ölkələrində bir neçə münaqişə ocağı qalmaqdadır.
“Biz Avropanın elə bir bölgəsində yaşayırıq ki, burada Gürcüstanda, Qarabağda, Dnestryanı bölgədə, Ukraynada münaqişələr var, ancaq bu münaqişələrin hər birində təcavüzkar eynidir”, - Yuşşenko bildirib.
“Bu gün elə bir dövlət yoxdur ki, onun üçün təhlükəsizlik məsələsi vacib olmasın”, - o deyib.
Xatırladaq ki, bu gün Azərbaycanın paytaxtında 10-cu Qlobal Bakı Forumu işə başlayır. Forumun builki mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” olacaq.
Qlobal Bakı Forumu Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən keçirilir.
- Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı
- Keçmiş nazir kuryer işləyir - Video
- Kazinoda görüntüsü yayıldı - Türkiyə baş konsulu geri çağırdı - Foto
- ABŞ İrana hücumların başa çatdığını açıqladı - Yenilənib
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq