Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.
Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayan dövlətimizin başçısı deyib:
“Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”.
- Bakıda obyekt səkini zəbt etdi: İH-dən reaksiya... - Video
- Qurumlar üçün xidməti parklanma yerlərinin siyahısı...
- Bu şəxslər hərbi xidmətə çağırılmır - Yeni qaydalar açıqlandı
- Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü
- 2 nəfərin ölümünə səbəb olan sürücü sükan arxasında yatıbmış
- Xəzər dənizində zəlzələ oldu
- Arazda batan yeniyetmənin meyiti tapıldı
- Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı