“Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində regionlardan olan, həssas təbəqəni təmsil edən, qəbul imtahanında yüksək bal toplayan 25 tələbə qız seçilib və onlara dəstək göstərilir.
BUTA.TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Layihələrin idarəolunması şöbəsinin müdiri Nərgiz İsmayılova martın 9-da “Qızların təhsilinə dəstək” layihəsinin canlı yayımda müzakirəsi zaman deyib.
O qeyd edib ki, lahiyənin daha böyük maştabda həyata keçirilməsi və layihəyə cəlb edilən qızların sayının artrılması nəzərdə tutulur:
“Planımız böyükdür. Növbəti tədris ilində iştirakçıların sayının artırılması planlaşdırılır”.
N.İsmayılova vurğulayıb ki, layihə çərçivəsində hər bir tələbə qıza 200 manat məbləğində aylıq təqüd verilir və onların təhsil aldığı müddətdə bu təqaüd davam etdiriləcək.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər