Azərbaycan Qoşulmama Hərəkatında aparıcı rol oynayır. Bu, 120 üzv dövlətdən ibarət olan yaxşı bir platformadır.
BUTA.TV xəbər verir ki, bu barədə Latviya Prezidenti Egils Levits X Qlobal Bakı Forumundakı çıxışında bildirib.
Azərbaycanın son illər ərzində oynadığı mühüm rolunu beynəlxalq münasibətlərdə etiraf olunduğunu qeyd edən Egils Levits deyib ki, əslində Azərbaycan siyasi baxımdan, yəni, sülhün necə qorunması, qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb. Azərbaycan COVID-19 pandemiyasından sonrakı qlobal diskussiyalara aparıcılıq edir.
Latviya Prezidenti vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq, xüsusən onun BMT ilə işbirliyi onun ölkəsi üçün də vacibdir:
“Çünki burada beynəlxalq hüquqa hörmətlə yanaşılması və ərazi bütövlüyünə riayət edilməsi çox mühüm məsələdir. Əslində bu, bizim Latviyanın da xarici siyasətinin mühüm bir hissəsidir. Bu, ümumiyyətlə, Azərbaycanın ümumi siyasətinin vacib bir hissəsidir. Təbii ki, bu da ölkələrimiz arasında yaxşı münasibətlərdən irəli gəlir”.
- Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı
- Keçmiş nazir kuryer işləyir - Video
- Kazinoda görüntüsü yayıldı - Türkiyə baş konsulu geri çağırdı - Foto
- ABŞ İrana hücumların başa çatdığını açıqladı - Yenilənib
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq