Azərbaycan Ermənistanla danışıqlarda öz məqsədlərinə çatmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və digər kəşfiyyat xidmətləri tərəfindən aparılan 2023-cü il üçün qlobal təhdidlərin təhlilində (İllik Təhlükələrin Qiymətləndirilməsi) deyilir.
Kəşfiyyat Ermənistanla Azərbaycan arasında gərginliyin davam edəcəyini proqnozlaşdırır.
Təhlildə qeyd olunur ki, qoşunların sərhədə yaxın ərazidə olması silahlı toqquşma riskini artırır, lakin onların müddəti və intensivliyi məhduddur.
Qeyd olunur ki, 2021-ci ilin may ayından başlayaraq Azərbaycan-Ermənistan sərhədində və Qarabağda müntəzəm olaraq hərbi toqquşmalar baş verir.
“Münaqişənin ən güclü alovlanması 2022-ci ilin sentyabrında baş verib. Münaqişə 300-ə yaxın insanın ölümünə səbəb olub”, - hesabatda qeyd olunur.
Vurğulanır ki, sülh danışıqlarında müəyyən irəliləyiş əldə olunub, lakin dövlət sərhədləri və Qarabağın gələcəyi ilə bağlı ən çətin məsələlər həll olunmaqdan uzaqdır.
- Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı
- Keçmiş nazir kuryer işləyir - Video
- Kazinoda görüntüsü yayıldı - Türkiyə baş konsulu geri çağırdı - Foto
- ABŞ İrana hücumların başa çatdığını açıqladı - Yenilənib
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq